Ukrayna daxili işlər nazirinin müavini Bohdan Drapyatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.
Asayis.Az xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.
Danışıqların əsas mövzusu Ukraynanın humanitar minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub.
"Rusiya Federasiyasının hücumlarının dəf edilməsində sizin dözümlülüyünüzə və cəsarətinizə heyran olduğumuzu bildirmək istərdik. Məhz buna görə də Ukraynaya humanitar minatəmizləmə məsələsində yardım paketinin həcmini artırmaq qərarına gəldik. Biz artıq siyasi öhdəliyi götürmüşük”, - Mərdəliyev bildirib.
Onun sözlərinə görə, söhbət Rusiyanın işğalından zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası, hərbi personalın reabilitasiyası, enerji sektorunda yardım və Ukraynanın müharibədən sonrakı bərpasından gedir.