Rihannanın qızı oldu

 Rihannanın qızı oldu

nyaşöhrətli müğənni Rihanna ikinci fə ana olub.

Asayis.Az xəbər verir ki, bu barədə sənətçinin yaxınlarına istinadən “Media Take Out” məlumat yayıb.

Bildirilib ki, Rihannanın qız övladı dünyaya gəlib. Nəşrin məlumatına görə, ulduz artıq xəstəxanadan çıxıb və hazırda Los-Ancelesdəki malikanədədir.

Rihanna ikinci hamiləliyini “Super Bowl 2023” zamanı, ilk doğuşundan doqquz ay sonra elan edib.

Qeyd edək ki, Rihanna reper A$AP Rocky ilə sevgilidir. Cütlüyün oğlu da var.

“Qafqazinfo”

16:00 - 11 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin