PUA hücumundan qorxan futbolçu Moskvadan gedib?

 PUA hücumundan qorxan futbolçu Moskvadan gedib?

“Dinamo” (Moskva) klubunun 27 yaşlı norveçli yarımmüdafiəçisi Matias Normann Rusiya yığmasında çıxışını dayandıracağını açıqlayıb.

Asayis.Az bildirir ki, Ukraynaya məxsus PUA-ların “Moskva Siti” kompleksinə hücumları əcnəbi futbolçunu qorxudub.  Normann “Moskva Siti” kompleksinin yaxınlığında tutduğu mənzildə yaşayıb.

Norveçlinin komandanı tərk etmək niyyəti ilə bağlı söz-söhbətlər təxminən bir ay əvvəl ortaya çıxıb. Daha sonra RB Sport öz mənbələrinə istinadən bildirib ki, Norman ona müqaviləni birtərəfli qaydada ləğv etməyə kömək edəcək hüquq firması ilə müqavilə bağlayıb.

Moskva Dinamo-nun baş direktoru Pavel Pivovarov açıqlama verərək bildirib ki, Normann PUA-ların Moskva şəhərinin binasına düşməsi səbəbindən müqaviləni ləğv etmək üçün “Dinamo” və “Rostov”a bildiriş göndərib. “O, guya təhlükəsizliyini təmin etmək məqsədilə ölkəni tərk edib. Biz onun mövqeyi ilə razı deyilik, arbitraja hazırlaşırıq. Norman məhkəməni gözləyir”.

 

Azpost.info

14:20 - 11 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin