İsveçin Livandakı səfirliyinə hücum edilib.
Asayis.Az xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Tobias Billstrom açıqlama verib.
Açıqlamaya görə, kimliyi bəlli olmayan şəxslər tərəfindən səfirlik binasının qarşısına partlayıcı maddələr atılıb.
Atılan maddə partlamadığına görə ərazidə dağıntı və ya itki baş verməyib.
Həmçinin Livan hakimiyyətinin hazırda məsələni araşdırdığı bildirilib.