Yuli Qusman Rusiyanı tərk etdi

 Yuli Qusman Rusiyanı tərk etdi

Rejissor, teleaparıcı və KVN oyunlarının münsiflər heyətinin daimi üzvü Yuli Qusman ABŞ-a köçüb.

Asayis.Az bildirir ki, Qusman Amerikaya köçməyin təfərrüatlarını açıqlayıb. “Moskovski Komsomolets”ə müsahibəsində o, Nyu-Yorka köçdüyünü və 10 kiloqram arıqladığını bildirib.

Qusman qeyd edib ki, o və həyat yoldaşı Validə Nyu-Yorkda qızı Lola ilə birlikdə yaşayır.
“Mən çox şey edirəm. On kilo da arıqlamışam” -deyə Qusman zarafatyana bildirib.

Qusman üzgüçülüklə də fəal məşğul olduğunu deyib. “Sağlamlığımın imkan verdiyi hər şeyi edirəm”.

Rejissor əlavə edib ki, o, əvvəllər Nyu-Yorkda olub, orada amerikalı aktyorlarla ingilis dilində iki tamaşa nümayiş etdirib, həmçinin yerli universitetlərdə mühazirələr oxuyub.

“80-ci illərin sonu və 90-cı illərin əvvəllərində mən üç-dörd ay ABŞ-da yaşamışam”, – deyə o əlavə edib.

2022-ci ilin fevralında jurnalist Mixail Qusman qardaşı Yulinin əsas liqanın 1/8 final mərhələsinin ilk oyununda niyə iştirak etmədiyini onun səfərdə olması ilə izah edib.

Azpost.info

14:59 - 10 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin