Livanlı fenomendən Azərbaycanla bağlı paylaşım - VİDEO

 Livanlı fenomendən Azərbaycanla bağlı paylaşım - VİDEO

Livanlı məşhur aşpaz və sosial media fenomeni Abir Əl Saghir bu dəfə Azərbaycanla bağlı paylaşım edib.

Asayis.Az axşam.az-a istinadən bildirir ki, aşpaz milli mətbəximizdən olan Şah plov hazırlayıb. O, videoya "Sarı gəlin" Azərbaycan xalq mahnısını yerləşdirib. Abir daha sonra plovun hazır versiyasını göstərərək, üzərinə Azərbaycan bayrağı sancıb.

Blogerin 4,5 milyon izləyicisi olan instaqramında yerləşdirdiyi videoya 69 mindən çox bəyəni gəlib. O, videonu 23,2 milyon izləyicisi olan TikTok hesabında da yayımlayıb. 

 

16:40 - 9 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin