Son günlər sosial mediada İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin Azərbaycan yığmasının baş məşqçisi olacağı ilə bağlı məlumatlar paylaşılır.
Belə ki, 37 yaşlı mütəxəssisin millmizin baş məşqçi postunda Canni de Byazini əvəzləyəcəyi bildirilir.
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli ilə əlaqə saxladıq. Qurumun sözçüsü Offsideplus.az-a açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığını söylədi:
"Milli komandanın baş məşqçisi var. O, qarşıdakı oyunlara hazırlaşır. Bu məlumat həqiqətə uyğun deyil".
Bildirək ki, De Byazinin Azərbaycan millisi ilə bu ilin 30 noyabrınadək müqaviləsi var.
Əlavə edək ki, Ueyn Runi hazırda ABŞ-nin "Di Si Yunayted" klubunu çalışdırır.