ABŞ-li boksçu Kevin Conson adını Rusiya Prezidenti Vladimir Putinin şərəfinə dəyişdiyini açıqlayıb.
Asayis.Az xəbər verir ki, bu haqda “İzvestiya” məlumat yayıb.
“Prezident Vladimir Putinə ən böyük iltifat etmək üçün adımı dəyişdirmək qərarına gəldim. Mənim adım indi Kevin Vladimiroviç olacaq. İndi mən 100 faiz rusam”, - o deyib.
Qeyd edək ki, iyulun 24-də Conson Rusiya vətəndaşlığını almaq istədiyini bildirib.