"Xüsusi hərbi əməliyyat başlayandan bəri Çeçenistandan NVO zonasına 29 mindən çox hərbçi göndərilib".
Asayis.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında bildirib.
O qeyd edib ki, hazırda yeddi mindən çox döyüşçü cəbhə xəttindədir.
Kadırov bölmələrin maddi-texniki bazasının yenilənməsi məsələlərinə də toxunub.
"Döyüş bölgəsinə 29 mindən çox döyüşçü göndərilib. Onlardan 13.000-i könüllüdür. Hazırda 7000-dən çox döyüşçü ön cəbhədədir ", - Çeçenistan rəhbəri yazıb.