Həbs olunaraq Bakıyat gətirilən Xaçaturyan qızına məktub yazıb - "Gələcəm..."

 Həbs olunaraq Bakıyat gətirilən Xaçaturyan qızına məktub yazıb -

Avqustun 7-də Qırmızı Xaç Cəmiyyəti Azərbaycanda həbsdə olan 68 yaşlı Vaqif Xaçaturyana baş çəkib.

Asayis.Az xəbər verir ki, bu barədə News.am-a onun qızı Vera Xaçaturyan məlumat verib .

“Biz atamı geri qaytarmaq üçün mümkün qədər mübarizə aparırıq. Dedilər ki, guya müalicə üçün dərman qəbul edir. Amma onun xəstəliyi müalicə olunan xəstəlik deyil, cərrahi xəstəlikdir. Atam Qırmızı Xaç Cəmiyyəti vasitəsilə məktub göndərib. Məktubda yazılıb ki, yaxşıyam səni düşünürəm, salamat qal, gələcəm”, - V. Xaçaturyan deyib.

Qeyd edək ki, 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçaturyan adlı şəxs Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilib. Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda qeyd edilir ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yeniavaz.com 

11:45 - 8 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin