Ermənistana məxsus kvadrokopter ələ keçirildi - FOTO

 Ermənistana məxsus kvadrokopter ələ keçirildi - FOTO

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Asayis.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Demokrat.az

17:53 - 7 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin