Azərbaycanın basketbol yığması Avropa beşincisi oldu

 Azərbaycanın basketbol yığması Avropa beşincisi oldu

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatının “C” divizionunda 5-ci olub.

Asayis.Az xəbər verir ki, 5-9-cu yerlər uğrunda mübarizədə sonuncu oyununa çıxan yığma “Sərhədçi” İdman Mərkəzində San Marino ilə qarşılaşıb və rəqibinə 69:63 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final oyunu saat 20:00-da Monako və Cənubi Kipr yığmaları arasında keçiriləcək.

17:30 - 6 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin