Cəlilabad sakinini əkin sahəsində ildırım vurdu

 Cəlilabad sakinini əkin sahəsində ildırım vurdu

Cəlilabadda bədbəxt hadisə baş verib.

Asayis.Az-ın məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

“Report”

10:13 - 5 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin