Alman turistlər 150 illik İtaliya heykəlini sındırdı

 Alman turistlər 150 illik İtaliya heykəlini sındırdı

Almaniyalı bir qrup turist İtaliyanın şimalındakı villalardan birində qiymətli heykəli sındırıb.

Asayis.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, turistlər getdikləri villalardan birində rəssam Enriko Buttinin "Domina" əsərini qucaqlayaraq şəkil çəkmək üçün heykələ dırmaşıblar.

Bu zaman heykəl yerə aşaraq sınıb.

Məsələ ilə bağlı turistlər barəsində polisə şikayət edilib.

Qeyd edək ki, heykəlin dəyərinin təxminən 218 min dollar olduğu bildirilir.

Demokrat.az

17:09 - 4 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin