Bakıda usta hündürlükdən yıxılıb.
Asayis.Az xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində yerləşən "SS Hall" restoranında qeydə alınıb.
Restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 1996-cı il təvəllüdlü Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılıb.
Nəticədə o, ağır kəllə-beyin tramvası alaraq xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
- Demokrat.az