Rusiyanın Kamensk-Uralski bölgəsində 18 yaşlı qıza saç rənginə görə hücum ediblər.
Asayis.Az lent.az-a istinadən bildirir ki, bir kişi gənc qıza hücum etdikdən sonra onu fəvvarəyə atıb.
Məlumata görə, fəvvarələr meydanında oturan kişi küçədən keçən qızın görkəmini, xüsusən də saç rəngini bəyənməyib. Buna görə də qıza yaxınlaşaraq onu narahat edib. Daha sonra qızı döyüb, hətta əlindəki yeməyi də üstünə töküb.
Ətrafdakılar əvvəlcə məsələyə müdaxilə etməsələr də, sonra qıza kömək ediblər. Hadisə ilə bağlı polisə müraciət edilib. Hazırda şəhər polisi həmin şəxsin tapılması üçün axtarışlar aparır.