Tbilisidə azərbaycanlı sahibkar güllələndi - DETALLAR

 Tbilisidə azərbaycanlı sahibkar güllələndi - DETALLAR

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən "Lilo Mall" ticarət mərkəzində azərbaycanlı sahibkar Roman İsayevi güllələyən şəxs saxlanılıb.

Asayis.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yerli mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

-------

19:38

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən "Lilo Mall" ticarət mərkəzində silahlı insident baş verib.

Asayis.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Bildirilib ki, silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.

Qeyd edilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.

Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.

Faktla bağlı cinayət işi açılıb.

10:53 - 4 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin