Gənc turist dənizdə boğuldu

 Gənc turist dənizdə boğuldu

Türkiyənin İstanbul şəhərində əcnəbi olduğu öyrənilən gənc dənizdə boğularaq ölüb.

Asayis.Az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

İki əcnəbi dost birlikdə dənizə girib və onlardan biri boğulmağa başlayıb.

Boğulan dostuna kömək etməyə çalışan şəxs yaralansa da, dostunu xilas edə bilməyib.

Yaralı xilasetmə qrupları tərəfindən xəstəxanaya göndərilib. 

Təfərrüatlar araşdırılır.

15:46 - 3 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin