Parkda attraksion ağaca çırpıldı - Yaralılar var

 Parkda attraksion ağaca çırpıldı - Yaralılar var

Türkiyənin İzmir ərazisində yerləşən parkda bədbəxt hadisə baş verib.

Asayis.Az
 xəbər verir ki, onlarla insanın olduğu attraksion anidən ağaca çırpılıb. 

Nəticədə 6 nəfər ağır yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım qrupları yaralıları dərhal xəstəxanaya yerləşdirib.

Xəsarət alanların həyati təhlükəsinin olmadığı öyrənilib.

Qeyd edək ki, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

14:14 - 3 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin