Türkiyənin Karaman vilayətində silahlı dəstənin hücumuna məruz qalan şəxs dünyasını dəyişib.
Asayis.Az xəbər verir ki, cinayət ilə əlaqədar 6 nəfər polis tərəfindən saxlanılıb.
Saxlanılanlar arasında ölən şəxsin arvadı və qadının sevgilisi də var.
Belə ki, araşdırmalar zamanı kamera görüntülərində yer alan şəxs saxlanılıb və onun qadının sevgilisi olduğu üzə çıxıb.
İddialara görə, qadın sevgilisi ilə dalaşıb və buna əsəbləşən şəxs bir neçə adam toplayaraq qadının həyat yoldaşı güllələyib.
Polis iddiaların araşdırılmağa davam etdiyini bildirib.