Hindistanda dini qarşıdurmada 5 nəfər öldü

 Hindistanda dini qarşıdurmada 5 nəfər öldü

Hindistanda hindularla müsəlmanlar arasında baş verən qarşıdurmada ikisi polis əməkdaşı olmaqla, 5 nəfər həlak olub.

Asayis.Az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, hadisələr Haryana əyalətinin müsəlmanların çoxluq təşkil etdiyi Nuh bölgəsində baş verib.

Qarşıdurmalar zamanı ərazidəki məscid yandırılıb, nəticədə məscidin din xadimi ölüb, 1 nəfər isə yaralanıb.

Səlahiyyətlilər hadisədə iştirak edən 5 nəfərin tutulduğunu və ibadət yerləri ətrafında təhlükəsizliyin artırıldığını bildirib.

11:33 - 2 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin