Lamiyə Vəliyeva Çində rekorda imza atdı

 Lamiyə Vəliyeva Çində rekorda imza atdı

Azərbaycanın qadın atleti Lamiyə Vəliyeva Çinin Çendu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.

Asayis.Az xəbər verir ki, idmançımız 400 metr məsafəni 55.48 saniyəyə qət edib. Vəliyeva bununla həm böyüklər, həm də 23 yaşadək qadınlar arasında Azərbaycan rekordunu da yeniləyib.

Fəxriyyə Tağızadə isə uzunluğa tullanma üzrə yarışda 5.78 metr nəticə ilə mübarizəni təsnifat mərhələsində dayandırıb.

“Qafqazinfo”

10:44 - 2 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin