Çində zooparkda çəkilən videoların birində ayının insana bənzəməsi bir sıra iddialara səbəb olub.
Asayis.Az xəbər verir ki, ayının insan kimi hərəkət etməsi və xəzinin incə olması insanları şübhələndirib.
Turistlər ayının saxta olduğunu və ayı kostyumundan istifadə edildiyini iddia edib.
Lakin zoopark nümayəndəliyi iddiaları təkzib edib.
Səlahiyyətlilər bildirib ki, zoopark dövlət obyektidir, özəl qurum deyil:
"Burada heç bir yalana əl atmaq olmaz. Qeyd olunan heyvan əsl ayıdır. Həm də yayda 40°C-yə qədər yüksək hava şəraitində xəz ayı kostyumunda olan şəxs bir neçə dəqiqədən artıq dayana bilməz və halı pisləşər".