Türkiyənin “Qalatasaray” klubu son transferləri ilə yeni rekord qırıb.
Asayis.az xəbər verir ki, 215,98 milyon avroluq heyətə sahib “CimBom” Türkiyə tarixində 200 milyon avronu keçən ilk ən bahalı klub olub.
Siyahıda onu 179,8 milyon avro ilə "Fənərbaxça" izləyir. Ardınca isə, 99,3 milyon avro ilə "Beşiktaş", 94,78 milyon avro ilə "Trabzonspor" gəlir. Hətta son Avropa Liqasının çempionu "Sevilya" da 210,35 milyon avroluq heyəti ilə sarı-qırmızılı komandalardan geri qalıb.