Pilotsuz uçuş aparatlarına (PUA) ciddi sərmayələr qoyan Türkiyə, ən çox PUA-ya sahib ölkələr siyahısında üçüncü yer tutub.
Asayis.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Gravity" jurnalı məlumat yayıb.
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən olan TUSAŞ, Baykar, HAVELSAN və STM tərəfindən istehsal edilən və xaricdən alınan PUA-lar da daxil olmaqla ölkənin ümumilikdə 978 pilotsuz uçuş aparatı xidmətə hazır vəziyyətdədir.
PUA-lar hər keçən gün orduda daha da əhəmiyyətli silah növü olmağa davam edir. Bu kontekstdə bir çox ölkə PUA istehsalına və inkişafına diqqət yetirməyə başlayıb.