İyun ayında ciddi bakterial infeksiya ilə üzləşən və reanimasiyaya alınan dünyaca məşhur müğənni Madonna son vəziyyətini izləyicilərilə bölüşüb.
Asayis.Az xəbər verir ki, 6 uşaq anası olan Amerikalı müğənni "İnstagram" hesabından etdiyi paylaşımda bunları yazıb:
"Ailə və dostların verdiyi sevgi ən yaxşı dərmandır. Bir ana olaraq, özünüzü həmişə uşaqlarınızın ehtiyaclarına həsr edə bilərsiniz...
Bundan yorula da bilərsiniz. Amma işlər pisləşəndə onlar həqiqətən mənim yanımda oldular. Həyatda və sağlam olduğum üçün çox şanslıyam".