"Həyatda olduğum üçün şanslıyam" - Madonna

İyun ayında ciddi bakterial infeksiya ilə üzləşən və reanimasiyaya alınan dünyaca məşhur müğənni Madonna son vəziyyətini izləyicilərilə bölüşüb.

Asayis.Az 
xəbər verir ki, 6 uşaq anası olan Amerikalı müğənni "İnstagram" hesabından etdiyi paylaşımda bunları yazıb:

"Ailə və dostların verdiyi sevgi ən yaxşı dərmandır. Bir ana olaraq, özünüzü həmişə uşaqlarınızın ehtiyaclarına həsr edə bilərsiniz... 

Bundan yorula da bilərsiniz. Amma işlər pisləşəndə ​​onlar həqiqətən mənim yanımda oldular. Həyatda və sağlam olduğum üçün çox şanslıyam".
 

15:11 - 31 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin