Xırdalanda körpüdə intihara cəhd edən şəxs özünü yandırmağa çalışıb - YENİLƏNİB + FOTO/VİDEO

 Xırdalanda körpüdə intihara cəhd edən şəxs özünü yandırmağa çalışıb - YENİLƏNİB + FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd edən şəxs həm də özünü yandırmağa çalışıb.

Asayis.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həmin görüntüləri təqdim edirik:

*** 11:05

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Asayis.az xəbər verir ki, bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.

***10:36

Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində 1 nəfər kişi intihara cəhd edir.

Asayis.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidində qeydə alınıb.

Məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çadırlar qurulub.

Yolda isə uzun tıxac yaranıb. 

Asayis.az xəbər verir ki,bu barədə FHN-in mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumata görə, yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd edən şəxslə bağlı əraziyə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

Banu Hüseynli
BAKU.WS

VİDEO

 

13:44 - 31 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin