Təcili yardım həkimləri xəstəni döydü - VİDEO

 Təcili yardım həkimləri xəstəni döydü - VİDEO

Rusiyada təcili yardım həkimləri xəstəni döyublər. Onlar çağırışa gəldikləri yerdə yatan adamın üstünə su töküb, təpikləyiblər.

Asayis.Az oxu.az-a istinadən xəbər verir ki, yerli sakinlər sosial şəbəkədə görüntüləri yayılan tibb işçilərinin davranışından hiddətləniblər.

Regional Səhiyyə Nazirliyi hadisəyə münasibət bildirib. Videoya çəkilən həkimlərin özəl təcili yardım maşınının işçiləri olduğu vurğulanıb.

"Hər halda, həmkarlarımızdan üzr istəyirik. Baş verənlər qətiyyən qəbuledilməzdir", - nazirlikdən qeyd olunub.

Məlumata görə, artıq xəstəni döyən həkimlər işdən uzaqlaşdırılıb. Hadisə ilə bağlı yoxlamalar başlanılıb.

 

 

10:49 - 31 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin