Rusiyanın Volqa federal dairəsində qasırğa olub.
Asayis.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Əlverişsiz hava 9 nəfərin həlak olmasına, 67 nəfərin isə yaralanmasına səbəb olub.
Qeyd olunur ki, Volqa Federal Dairəsinin səkkiz subyektində - Mari El, Çuvaş Respublikası, Nijni Novqorod, Penza, Ulyanovsk, Kirov və Samara vilayətlərində küləyin sürəti 27 m/san olub.
Bundan əvvəl Mari Eldə qasırğa zamanı ağacların aşması nəticəsində 7 nəfər həlak olub.//APA