Moskvanın məşhur biznes mərkəzinə dron hücumu olub, yaralanan var - VİDEO

 Moskvanın məşhur biznes mərkəzinə dron hücumu olub, yaralanan var - VİDEO

Rusiyanın paytaxtı Moskvanın məşhur biznes mərkəzi “Moskva-Siti”nin binalarından birinin damına dron çırpılıb.

Asayis.Az xəbər verir ki, bu barədə məlumat yerli teleqram kanallarında yayılıb.

Bildirilir ki, paytaxt Moskvanın mərkəzi ilə yanaşı Moskva vilayətinin bir sıra rayonları da dron hücumuna məruz qalıb. Partlayış səslərinin eşidildiyi qeyd edilir. Eyni zamanda, "112" teleqram kanalının məlumatına görə, iş mərkəzinə dron zərbəsi nəticəsində 1 nəfər yaralanıb. Yaralanan binanın mühafizəçisidir.

TASS-ın yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri dron hücumunu dəf ediblər.//Report

11:12 - 30 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin