Zeynəb Xanlarovanın Türkan Şoraya hədiyyə etdiyi üzük - FOTO

 Zeynəb Xanlarovanın Türkan Şoraya hədiyyə etdiyi üzük - FOTO

Türkiyəli aktrisa Türkan Şoray Xalq artisti Zeynəb Xanlarova ilə dostluqlarından danışıb. 

Aktrisa "ATV səhər"ə müsahibəsində Xanlarovanın ona bağışladığı üzüyü nümayiş etdirib. 

"Azərbaycana gələndə məni oteldə ziyarət etmişdi, bu üzüyü bağışladı mənə. O vaxtdan bəri bu üzüyü saxlayıram. Biz dostuq. Zeynəb Xanlarova Türkiyədə də qonağım olub" deyə, Türkan Şoray əlavə edib.//Axşam.az 



 

 

15:17 - 29 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin