Rusiya düyü ixracına qadağa qoydu

 Rusiya düyü ixracına qadağa qoydu

Rusiya hökuməti 2023-cü il dekabrın 31-dək düyü və düyü yarmasının ixracına müvəqqəti qadağa qoyub.

Asayis.Az xəbər verir ki, bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

“Düyü və düyü yarmalarının ixracında bir sıra istisnalar var. Qadağa bu məhsulların Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə, həmçinin Abxaziya və Cənubi Osetiyaya tədarükünə şamil edilməyəcək. Bundan başqa, düyü və düyü yarmaları həm humanitar yardım göstərmək üçün, həm də beynəlxalq tranzit daşımaları çərçivəsində xaricə göndərilə bilər”, - Rusiya Nazirlər Kabinetinin açıqlamasında deyilir.//Report

14:08 - 29 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin