“Türkiyə vaxtilə bir tapança belə verməyən dövlətlərə silah tədarük edir”.
Asayis.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2023” sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indi Türkiyənin müdafiə sanayesində xaricdən asılılığı cəmi 20 faizdir: “Hakimiyyətə gələndə isə xaricdən asılılığımız 80 faiz idi. Terrorçularla mübarizə aparmaq üçün bizə silah vermirdilər”.
Ərdoğan söyləyib ki, indi Türkiyə öz PUA-larını, gəmilərini istehsal edir.