ABŞ-da qardaşını öldürən 5 yaşlı uşağın qanında kokain aşkarlanıb.
Asayis.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bildirilib ki, 5 yaşlı uşaq silahla oynayarkən, qardaşını güllələyib.
Bütün müdaxilələrə baxmayaraq, körpəni xilas etmək mümkün olmayıb.
Polis məsələ ilə bağlı ilkin araşdırmalar zamanı 5 yaşlı uşağın qanında kokain tapıldığını bildirib.
Qeyd edək ki, azyaşlının valideynləri polis tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.