Heydər Əliyev adına İdman-Konsert Kompleksinin baş direktoru işdən çıxarılıb.
Asayis.az manşet.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə adıçəkilən kompleksin baş direktoru Rafiq Behbudov və baş mühəndis Elxan Abbas tutduqları vəzifələrindən azad ediliblər.
Digər əmrlə Natiq İbrahimov İdman-Konsert Kompleksinin baş direktoru təyin edilib. Bildirək ki, işdən çıxarılan Rafiq Behbudov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri Xalq artisti Şəfiqə Məmmədovanın həyat yoldaşıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birləşib. İttifaqlar birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar Birliyi adı altında fəaliyyət göstərəcəyi və İttifaqa yeni rəhbərliyin seçiləcəyi bildirilib.