Milli Məclisin deputatı Elman Nəsirov sosial şəbəkədə paylaşdığı fotosu ilə diqqət çəkib.
Deputatın əlini sinəsinə qoyması birmənalı qarşılanmayıb. Bildirilib ki, E.Nəsirov Aşura günü olduğu üçün sinə vurur. Bəziləri isə onun saatını reklam etdiyini düşünürlər...
E.Nəsirov Pravda.az-a açıqlamasında səslənən fikirlərlə bağlı mövqeyini bu cür ifadə edib: “Belə mənasız məsələlərə qətiyyən reaksiya vermirəm. Nə sinə vurmuşam, nə də saatımı reklam etmişəm...”