Ukrayna ordusu bu ərazini işğaldan azad etdi

 Ukrayna ordusu bu ərazini işğaldan azad etdi

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Baxmut və Avdiivka istiqamətində rus qoşunlarının hücumlarını dəf edib. Donetsk vilayətinin Staromayorskoye kəndini azad edib.

Azpost.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Açıqlamada qeyd olunur ki, son sutka ərzində 30-dan çox toqquşma olub.

“Baxmut istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Kleşçievkasının qərb və cənubunda yerləşən ərazilərdə düşmənin hücumlarını uğurla dəf ediblər”-deyə məlumatda qeyd olunur.  Rusiya Donetsk vilayətinin Kurdyumovka, Belaya Qora və Nyu-York ərazilərinə aviazərbələr endirib. Bu istiqamətdə düşmənin artilleriya atəşindən 10-dan çox yaşayış məntəqəsi zərər çəkib.

Şaxtyorsk istiqamətində aviasiya və artilleriyadan güclü atəş altında Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Staromayorskoye kəndini azad edib. Donetsk vilayətinin Ravnopol və Makarovka rayonlarında itirilmiş mövqelərini geri qaytarmaq üçün uğursuz cəhd edib.

11:47 - 28 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin