Zaqatalada velosiped sürən azyaşlını avtomobil vurub

 Zaqatalada velosiped sürən azyaşlını avtomobil vurub

Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub.

Asayis.az xəbər verir ki,APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisindəki avtoyuma sexlərindən birinin qarşısında baş verib. Maşın sexdə yuyulub qurtardıqdan sonra arxaya hərəkət edərkən bu zaman ərazidə velosiped sürən 2018-ci il təvəllüdlü, Sərxan Ləmyaz oğlu Bayramovu vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı S.Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. S.Bayramov xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. S.Bayramovun hərbçi övladı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

15:14 - 27 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin