Silahlı hücum nəticəsində 34 nəfər öldü

 Silahlı hücum nəticəsində 34 nəfər öldü

Nigeriyanın Zamfara əyalətində silahlıların hücumu nəticəsində 34 nəfər həlak olub.

Asayis.Az xəbər verir ki, bu barədə Zamfara əyalətinin yerli təhlükəsizlik rəsmisi İsmayıl Maqaci açıqlama verib. 

Açıqlamada deyilir ki, silahlı şəxslər naməlum səbəbdən əyalətin Dan Qulbi bölgəsinə hücum təşkil ediblər.

Hücumda 7-si əsgər olmaqla 34 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu vurğulanıb.

Hücumun təfərrüatları araşdırılır.

Qeyd edək ki, Zamfara əyaləti 5 ildir silahlı dəstələrin hücumları ilə üzləşir.
 

Demokrat.az

17:58 - 26 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin