Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb.
Asayis.az apa-ya istinadən xəbər verir ki, ötən gün gecə saatlarında 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar.