Bakıda magistral xətdə qəza - Ətrafı su basdı - VİDEO

 Bakıda magistral xətdə qəza - Ətrafı su basdı - VİDEO

Bakıda magistral su kəmərində qəza baş verib.

Asayis.az xəbər verir ki,bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb. Eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaranıb.

Hadisə ilə əlaqədar “Azərsu” ASC-yə müraciət etdik.

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, hadisədən xəbərdardırlar:

"Magistral su xəttində axıntıdır. Əraziyə qəza briqadası cəlb olunub". 

Sözügedən görüntüləri təqdim edirik:

Banu Hüseynli
BAKU.WS

VİDEO

11:00 - 26 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin