Azərbaycanda avtomobil traktorla toqquşub: 6 nəfər xəstəxanaya yerləşdirilib - FOTO

 Azərbaycanda avtomobil traktorla toqquşub: 6 nəfər xəstəxanaya yerləşdirilib - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub. Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb.

Hadisə zamanı 6 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar Şəmkir rayon sakinləri - 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmlidir.

10:30 - 26 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin