“Nə qədər ki, sülh razılaşması yoxdur, müharibə ehtimalı çox yüksəkdir” - Paşinyan

 “Nə qədər ki, sülh razılaşması yoxdur, müharibə ehtimalı çox yüksəkdir” - Paşinyan

Sülh müqaviləsinin olmaması müharibə ehtimalını ikiqat artırır. 

Asayis.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib. 

"Nə qədər ki, sülh razılaşması yoxdur, müharibə ehtimalı çox yüksəkdir", - o bildirib. 

Paşinyan qeyd edib ki, Sovet İttifaqı və Almaniya bir-biri ilə sülh müqaviləsi imzalayıb, lakin tezliklə müharibə başlayıb. 

Onun sözlərinə görə, təkcə sülh sazişinin imzalanması deyil, həm də onun həyata keçirilməsi mexanizmləri mühüm əhəmiyyət kəsb edəcək. 

17:49 - 25 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin