Sülh müqaviləsinin olmaması müharibə ehtimalını ikiqat artırır.
Asayis.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.
"Nə qədər ki, sülh razılaşması yoxdur, müharibə ehtimalı çox yüksəkdir", - o bildirib.
Paşinyan qeyd edib ki, Sovet İttifaqı və Almaniya bir-biri ilə sülh müqaviləsi imzalayıb, lakin tezliklə müharibə başlayıb.
Onun sözlərinə görə, təkcə sülh sazişinin imzalanması deyil, həm də onun həyata keçirilməsi mexanizmləri mühüm əhəmiyyət kəsb edəcək.