Azərbaycan bu halda hərbi əməliyyatlara başlayacaq

 Azərbaycan bu halda hərbi əməliyyatlara başlayacaq

“Qarabağdakı ermənilər inteqrasiyadan imtina etsələr, hesab edirəm ki, Bakı son nəticədə hərbi vasitələrə əl atacaq”.

Asayis.Az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, amerikalı məşhur politoloq Pol Qobl deyib. 
 
Xankəndidə yaşayan ermənilərin Azərbaycana inteqrasiyası ilə bağlı addımlar atılmalı olduğunu deyən politoloq, bu baş verməsə, Azərbaycanın güc tətbiq edəcəyinə diqqət çəkib:

“Bakı hərbi vasitələrə əl atacaq. Və bu, çoxlarının düşündüyündən daha tez ola bilər. Deyə bilərəm ki, İrəvanda bu mövzular ciddi düşünməyə vadar edir. Lakin Xankəndidəkilər üçün bunu deyə bilmərəm. Qərb nizamlanma istəyir. Xüsusən Rusiyanın zəiflədiyi bir vaxtda Bakı da, İrəvan da bundan faydalana bilər. Mən bütün səviyyələrdə danışıqların tərəfdarıyam. Nə qədər çox danışılarsa, bir o qədər inam yaranar və zorakılıqsız həll ehtimalı bir o qədər çox olar”, - deyə P.Qobl əlavə edib.

16:49 - 25 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin