Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu ilin sentyabrında Azərbaycana səfər edəcək.
Asayis.Az xəbər verir ki, bunu “Report”un Ankara bürosuna müsahibəsində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım deyib.
“Cevdet Yılmaz Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədridir. Səfər zamanı iki ölkə arasındakı əlaqələrlə bağlı bir sıra məsələlər müzakirə olunacaq”, - o vurğulayıb.