Hindistan Ermənistanı silahlandırmağa davam edir - GİZLİ MƏQAMLAR

 Hindistan Ermənistanı silahlandırmağa davam edir - GİZLİ MƏQAMLAR

Ermənistanla Hindistan arasında hərbi sahədə əməkdaşlıq güclənməkdədir.

Asayis.Az 
xəbər verir ki, Ermənistan müdafiə naziri Suren Papikyan Hindistanın bu ölkədəki səfiri Nilakşi Saha Sinx ilə hərbi əməkdaşlığı müzakirə edib. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı bir sıra məsələlər, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə olunub.



Məsələ ilə bağlı politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanla Hindistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etməsi narahatedici məqamdır: 

“Bu, istənilən halda Ermənistanın silahlanmasına gətirib çıxaracaq, onun hərbi imkanlarını artıracaq. Ermənistanın da kimə qarşı silahlandığı məlumdur.  Bundan başqa həmin silahlar Qarabağa da ötürülə bilər, separatçılar da bundan bizə qarşı istifadə edə bilər. Hindistanın Ermənistana silah verməsi ilk dəfə deyil. Artıq 3-4 dəfə silah ötürülüb. Elektron mübarizə sistemləri, kütləvi raket yaylım atəş sistemləri və s. hərbi təminat vasitələri verilib”. 



T.Rzayevin fikrincə, Hindistanın Ermənistanı silalandırması Qərbin – Fransa, Amerika Birləşmiş Ştatlarının planının tərkib hissəsidir:

“Təsadüfi deyil ki, bu yaxınlarda həm Hindistan, həm Fransa, həm də İran Ermənistana silah tədarük etdilər. İran Ermənistana ballistik və digər raketlərin, dronların göndərilməsini təmin edir. İstənilən halda düşünürəm ki, bu əməkdaşlıq müsbət perspektiv vəd etmir. 

Fikrimcə, bununla bağlı Azərbaycan Hindistan tərəfilə əlaqəyə keçməli və münaqişəli bölgəyə bu cür silahların göndərilməsinin qarşısı alınmalıdır”.
 

12:59 - 25 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin