“Neftçi” özünə layiq olmayan yerlərdədir” - Rövşən Nəcəf

 “Neftçi” özünə layiq olmayan yerlərdədir” - Rövşən Nəcəf

“Neftçi" böyük klubdur, lakin uzun müddətdir komanda özünə layiq olmayan yerlərdədir”. Apasport.az saytının məlumatına görə, bunu klubun Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib.

SOCAR-ın prezidenti Bakı klubunun baş icraçı direktor Fərrux Mahmudovun təqdimat mərasimində çıxış edib. Təyinat barədə danışan Nəcəf bildirib ki, “ağ-qaralar”ın son dövrlərdə fəaliyyəti ürəkaçan deyil: "Klubda mühüm işlər gedir. "Neftçi" azarkeşləri hər zaman klubun yanında olublar, heç zaman dəstəklərini əsirgəməyiblər. Biz gördüyümüz işlər nəticəsində "Neftçi"nin yenidən yerli və beynəlxalq yarışlarda qələbələrlə azarkeşlərini sevindirəcəyinə inanırıq".

O qeyd edib ki, Müşahidə Şurası qısamüddətli və uzunmüddətli planlar qurub: "Əsas məqsəd rəqabət aparacaq və balanslaşmış komanda yaratmaqdır. Azərkeşlər sevindirmək istəyirik. Bu baxımdan bir günə bir ilə görünən iş deyil. Biz bu uzun yolda yeni idarə heyəti birlikdə yola çıxmışıq".

Qeyd edək ki, Mahmudov iyulun 24-də “Neftçi”də rəhbər vəzifəyə təyin edilib.

13:35 - 25 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin