Tort almağa getdi, evi yandı - VİDEO

 Tort almağa getdi, evi yandı - VİDEO

Tovuz rayonunun Qovlar şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən sahibkar Sürayə İsmayılovaya  məxsus ikimərtəbəli fərdi evdə yanğın baş verib. Xezerxeber.az-ın məlumatına görə, yanğın  zamanı evin həyətində olan mikroavtobus və iki avtomobil də yanıb.

Həyat  yoldaşının ad günü münasibətilə tort almağa gedən iş adamı geri qayıdanda evində yanğın baş verdiyinin şahidi olub.

Yanğının miqyası  ümumilikdə 400 kvadratmetr sahəni əhatə edib. Daha sonra alovlar qonşuluqdakı Eltəkin Əlizadəyə məxsus evə də keçib.

Bundan əlavə, digər qonşuların da pəncərələri sınıb. Hadisə yerinə dərhal Qovlar  şəhər və Tovuz yanğınsöndürmə bölmələrinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

12:09 - 25 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin